ERMƏNİLƏRİN
Digər xəbərlər

ERMƏNİLƏRİN "YÜK" ŞOUSU

Dörd aydan çoxdur ki, rəsmi İrəvan guya Laçın-Xankəndi yolunun bağlandığını, humanitar yüklərin buraxılmadığını, "yazıq", "zavallı" ermənilərin ac-yalavac qaldığını dünyaya car çəkir. Əslində məntəqədə Qarabağın erməni sakinlərinin gediş-gəlişinə, humanitar yüklərin daşınmasına, Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə yoxdur.

Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində bu barədə deyib: "Aprelin 23-dən sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. Amma iyunun 15-də Ermənistan növbəti hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı. Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, "iPhone"lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu".

Heç nədən, yalandan şou düzəltmək, beynəlxalq təşkilatların diqqətini "zavallı" millətə cəlb etmək ermənilərin genetik xüsusiyyətidir. Onlar 44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi gücünü, qüdrətini görüb geri çəkildilər. Silah gücü ilə irəli gedə bilməyəcəklərini başa düşüb ardıcıl təxribatlara əl atdılar. Şanlı ordumuz düşmənin bütün niyyətlərini puça çıxardı. Bu dəfə isə humanitar yardım gətirilməsi adı altında Laçın sərhəd-keçid mətəqəsində şou düzəltmək istəyirlər.

Laçın sərhədinə 21 TIR gətirib yüklərin Xankəndiyə aparılmasını təkid edirlər. Havadarları bu məqsədlə diplomatlarını Azərbaycan-Ermənistan sərhədinə göndəriblər. Qərbin rəsmi dairələri Azərbaycan qanunlarının pozulmasına rəvac verməklə Qarabağdakı separatçıları dəstəkləyirlər. Yükləri daşımaq üçün erməni tərəfinə Ağdam-Xankəndi yolu təklif edilsə də düşmən xislətindən əl çəkmir, inadından dönmək istəmir.

Separatçılar Rusiya sülhməramlılarının köməyinə arxalanıb Xankəndidən 25 avtobus adam gətirib Laçın sərhəd məntəqəsinə yürüş etmək qərarına gəliblər. Tarixçi-alim, Lənkəran Dövlət Universitetinin dosenti Rakif İbadov ermənilərin əsrlər boyu xalqımıza qarşı etnik təmizlənmə, terror və təcavüzkar siyasət yürütdüyünü vurğulayaraq deyir:

- Ermənilərin köçəri tarixi sübut edir ki, onlar məskunlaşdıqları bütün ərazilərdə xain xisləti, ikiüzlü, məkrli, hiyləgər simaları ilə tanınırlar. Son iki əsrdə xalqımıza qarşı törətdikləri terror, soyğunçuluq, vandalizm aktları, kütləvi deportasiya, soyqırımı da bunu göstərir. 1988-ci ildən başlayaraq xarici havadarlarının dəstəyilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı zorla ata-baba yurdlarından çıxardılar. Qarabağı, Şərqi Zəngəzuru 30 ilə yaxın işğal altında saxladılar. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. Azərbaycan suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək məqsədilə Ermənistanla sərhəd rayonlarında postlar qurur, dinc əhalinin təhlükəsizliyini qoruyur. Bu isə hiyləgər, bədnam düşmənə sərf eləmir. Çünki Azərbaycanın nəzarətində olan məntəqələrdən silah-sursat daşıya bilmir, əlləri hər yerdən üzülüb.

Laçın sərhəd-keçid məntəqəsindən humanitar yük adı altında məkrli niyyətlərini həyata keçirə bilməyən ermənilər dünyaya göstərmək istəyirlər ki, guya Azərbaycan Qarabağ ermənilərini blokadada saxlayır, yazıq ermənilər acından ölürlər. Əgər vəziyyət belədirsə, niyə onlara təklif olunan Ağdam-Xankəndi yolundan istifadə etmirlər?

Ataların gözəl bir məsəli var: "Dava yorğan davasıdır". Əslində, Ermənistan Laçın sərhəd-keçid məntəqəsində vəziyyəti gərginləşdirməklə sülh sazişinə əngəl törədir, vaxtı bilərəkdən uzadır. Sərhədlərimiz isə tam nəzarətdədir. "Dəmir yumruq" yerindədir. Heç bir qüvvə sərhədlərimizin toxunulmazlığını poza bilməz. Ermənistan təxribatlardan əl çəkməsək güclü, qüdrətli ordumuz düşmənə öz yerini göstərməyə hər an hazırdır. Bunu regionun təhlükəsizliyinə hesablanan Azərbaycan reallıqları diktə edir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".