Əməkdar artist Aygün Bəylərin cənazəsi Türkiyədən Azərbaycana gətirilib
Sosial həyat

Əməkdar artist Aygün Bəylərin cənazəsi Türkiyədən Azərbaycana gətirilib

Ankarada müalicə olunduğu xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsi yanvarın 7-də Azərbaycana gətirilib.

"Respublika" xəbər verir ki, mərhumun nəşi ailəsinə təhvil verilib.

Qeyd edək ki, sənətkar yanvarın 6-da Ankarada müalicə olunduğu xəstəxanada vəfat edib. O, uzun müddət idi onkoloji xəstəlikdən müalicə olunurdu.