Əmək və əhalinin sosial müdafiəsi naziri Zaqatala rayonunda vətəndaşlarla görüşəcək
CƏMİYYƏT

Əmək və əhalinin sosial müdafiəsi naziri Zaqatala rayonunda vətəndaşlarla görüşəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iyulun 28-də Zaqatala rayonunda həmin rayonun və Balakən rayonunun sakinləri ilə görüşəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

"Respublika" xəbər verir ki, vətəndaşlar iyulun 19-dan 24-dək nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.