Elmin və təhsilin inkişafında Heydər Əliyev mərhələsi
Siyasət

Elmin və təhsilin inkişafında Heydər Əliyev mərhələsi

Mən həmişə belə düşünmüşəm, xoşbəxt o xalqdır ki, dünyada olan 5000 xalqın arasında özünə müstəqil dövlət qura bilib, o xalq daha xoşbəxtdir ki, onun ümummilli lideri, istinad nöqtəsi, güvənc yeri var. Amerikalılar üçün Corc Vaşinqton, fransızlar üçün Şarl de Qoll, almanlar üçün Konrad Adenauer, türklər üçün Mustafa Kamal Atatürk kimdirsə, biz azərbaycanlılar üçün Heydər Əliyev məhz həmin şəxsiyyətdir.

Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin obyektiv qiymətləndirilməsində ən dəqiq istinad yeridir. Bu mənada Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar mədəni sahələrdə intibaha can atan, hər addımda insan şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Ötən əsrin keşməkeşli illərini gözlərimiz önündə canlandırsaq, istər-istəməz bu qənaəti bölüşməli olacağıq: Azərbaycanda müstəqil dövlət quruculuğu əslində, 1969-cu ildən etibarən, yəni Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən sonra başlanmışdır.

Ötən əsrin 60- illərində SSRİ-nin inzibati ərazi vahidlərindən biri olan Azərbaycanın istər sosial-iqtisadi, istərsə ictimai-siyasi həyatında artıq təşviş doğuran tam tənəzzül meyilləri müşahidə olunurdu. Sovet İttifaqının tərkibinə daxil olan başqa müttəfiq respublikaların diqqəti cəlb edən fasiləsiz inkişafı fonunda Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində geriləmə, mənfi meyillər getdikcə daha dərin kök salır, respublikanın iqtisadi potensialının zəifləməsi xalqın milli-mənəvi birliyinə vurulan zərərdən heç az olmayan təhlükəli miqyas alırdı. Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı dərhal onların icrasına başlandı. Xalq ilk addımlardan Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi arxasınca getdi. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin güclü iqtisadi potensialından geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Bütün ömrünü doğma xalqına həsr etdi.

Heydər Əliyev fitri istedadı, yüksək təşkilatçılıq idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti ilə həmin dövrdə həyata keçirilən tədbirlər sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafına, həmçinin iqtisadi, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji durumuna mənfi təsirinin qarşısının alınmasına gətirib çıxarmışdır. Beləliklə, Azərbaycanın qarşısında tamamilə yeni inkişaf səhifəsi açılır, bu səhifə ölkə tarixinə qızıl hərflərlə yazılırdı. Qətiyyətlə deyə bilərik ki, ölkənin iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi dünya iqtisadiyyatına daha dərin şəkildə inteqrasiya prosesi 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.

Mən özümü xoşbəxt insanlardan sayıram ki, Heydər Əliyevi tələbəlikdən tanıyır gənclərə göstərdiyi qayğının şahidiyəm. Baxmayaraq ki, orta məktəbi medalla bitirmişdim, tələbə adını qazanandan sonra ən böyük arzum Qərbi Azərbaycana qayıdıb kəndimizdə müəllim işləmək idi. Ancaq Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi, onun nəhəng perspektivlərə hesablanmış əməlləri, irimiqyaslı addımları bütün xalqımızda olduğu kimi, biz gənclərdə yeni, daha böyük arzular ümidlər yaratdı. Şəxsən mən təhsilimi davam etdirmək, elm yolu ilə irəliləmək, ölkədə aparılan böyük işlərə öz payımı vermək arzusu ilə daha yaxşı oxumağa, daha çox çalışmağa başladım. 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyi keçirilirdi. O zaman mən universitetin kimya fakültəsinin üçüncü kurs tələbəsi idim. Mərasimə əlaçı tələbələr dəvət edilmişdi. İndiki Şəhriyar klubunda keçirilən tədbirdə unudulmaz Heydər Əliyev Azərbaycan dilində çox dərinməzmunlu nitqlə çıxış etdi. Bu, bizi çox heyrətləndirdi. Çünki həmin vaxtlarda ən kiçik iclaslar belə rus dilində aparılırdı. Məhz Heydər Əliyevin o tədbirdəki çıxışı mən deyərdim ki, tarixi bir məqam, tarixi bir nitq oldu. Biz ilk dəfə idi ki, ölkə rəhbərinin dilindən Bəhmənyar, Nəsirəddin Tusi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi klassiklərin adını eşidirdik. Heydər Əliyev onların hər biri haqqında maraqlı fikir söyləyirdi. Açığı, Heydər Əliyevin doğma dilimizə, klassiklərimizə bu cür ehtiramla yanaşması bizə çox təsir etdi. Bəlkə bizdə milli hisslərin, vətəndaş təəssübkeşliyinin oyanıb inkişaf etməsində məhz həmin tarixi görüşün öz yeri var. İndinin özündə ulu öndər haqqında düşünəndə gözlərim önündə məhz həmin görüş canlanır. Qadağaların hökm sürdüyü bir dövrdə Heydər Əliyevin bu cəsarətli addımı biz gənclərin düzgün istiqamətlənməsində böyük rol oynadı.

Ümummilli liderin dövlətçilik fəlsəfəsinə görə elmə, təhsilə göstərdiyi qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir. Ötən əsrin 60- illərində SSRİ-nin müxtəlif yerlərində oxumaq istəyənlər üçün yalnız 50 yer ayrıldığı halda, 80-ci illərin əvvəllərində bu göstərici 1000 nəfəri ötmüşdü. Bu illərdə ulu öndərin qayğı diqqəti ilə 10 minədək azərbaycanlı gənc respublikamızdan kənarda - keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir. Məhz həmin dövrdə prioritet istiqamətli ixtisaslara yiyələnmiş yüksək səviyyəli kadrlar bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edirlər. Xüsusi vurğulamaq lazımdır ki, elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət məsələləri müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini təşkil etmişdir.

 

Ümummilli lider Heydər Əliyev canlı məktəb, canlı klassika, tarixin canlı örnəyi idi. Dəmir məntiqi, parlaq zəkası, iti mühakimə qabiliyyəti, fitri istedad sayılacaq fenomenal yaddaşı, möhkəm xarakteri, ən çıxılmaz vəziyyətlərdən, mürəkkəb situasiyalardan çıxmaq bacarığı onu hamıdan fərqləndirirdi.

 

1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən Heydər Əliyev bir çox məqamlara toxunaraq demişdir: "Mən 1969-cu il iyulun 14- Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum". Ümummilli lider 1982-ci ildən sonra da milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq göstərmiş, yüksək siyasi iradə ortaya qoymuş, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini söyləmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində yüksək vəzifə tutan zamanlar da doğma vətənini, xalqını unutmamış, hər zaman Azərbaycanın mənafeyini müdafiə etmişdir.

Ulu öndər milli kadrların yetişdirilməsi işinə xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini önə çəkmişdir. O dövrdə milli mütərəqqi fikrin ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə diqqət qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi daim Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Heydər Əliyev yaxşı bilirdi ki, universitet auditoriyalarında, kafedralarında işləyən, dərs deyən müəllimlər Azərbaycan xalqının mənliyinin, milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi prosesində müstəsna rol oynayırlar. O zaman azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərdə oxumağa göndərilməsi məhz Heydər Əliyevin təşəbbüsü sayəsində baş tutdu. Bu qayğıdan bəhrələnənlərdən biri mən oldum. Ulu öndərin köməyi ilə mən Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasına daxil oldum. Həmişə arzusunda olduğum, lakin reallaşmasına inana bilmədiyim bu hadisə mənim həyatımda çox böyük rol oynadı. Yaxşı xatırlayıram ki, Moskvada təhsil aldığımız illərdə ulu öndər bir neçə dəfə bizimlə görüşdü, qayğılarımızla maraqlandı hər dəfə vətən üçün ləyaqətli kadrlar olmağı tövsiyə etdi. Heydər Əliyevin bizə göstərdiyi bu diqqət Rusiyada təhsil alan tələbələr üçün çox önəmli oldu. Biz hər bir addımımızda məhz ümummilli liderin məsləhətlərinə əməl etməyi, onun dediyi kimi öyrənməyi, oxumağı, vətənə yüksəkixtisaslı kadr kimi qayıtmağı qarşımıza məqsəd qoymuşduq. Həyat göstərdi ki, Heydər Əliyev necə uzaqgörən müdrik imiş. Məhz ulu öndərin təşəbbüsü sayəsində xarici ölkələrin ali məktəblərində təhsil alanlar sonralar Azərbaycana qayıdaraq xalqa, millətə ləyaqətlə xidmət etdi. Bu xidmətin isə yüksək səviyyədə olması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki o, hər birimizin həm insan, həm ixtisaslı kadr kimi formalaşmasında mühüm rol oynadı.

1999-cu ilin yanvarında Heydər Əliyevin sərəncamı ilə mən Bakı Dövlət Universitetinə rektor təyin edildim. Sərəncamdan öncə ulu öndərin qəbulunda oldum bir saata yaxın söhbət etdik. Bu ünsiyyət zamanı ümummilli liderin universiteti yaxından tanıması, burada baş verən proseslərdən ətraflı xəbərdar olması istər-istəməz adamda o təsəvvürü yaradırdı ki, ulu öndərin elə özü universitetdə çalışır. Çünki universitetlə bağlı hər bir detalı xırdalığına qədər dərindən bilirdi. Məni universitetə rektor göndərərkən təhsil ocağının gələcək inkişaf strategiyası haqqında elə tövsiyələr verdi ki, bu, bəlkə bir elmi institutun görə biləcəyi işlərdən çox idi. Mən 20 ilə yaxın rektorluq fəaliyyətim dövründə həmin tövsiyələrin məsuliyyətini daim hiss etdim, işimin proqram xarakterini müəyyən edən o tapşırıqları bir dəqiqə unutmadım.

Yadımdadır ki, universitetimizin 80 illik yubileyi ilə bağlı xarici ölkələrdən qonaqlar gəlmişdi. 2000-ci ilin fevral ayında ümummilli lider həmin qonaqları BDU-nun bir qrup ziyalısını qəbul etdi. Bir daha ulu öndərin elmə, təhsilə olan böyük marağı hətta qonaqlarımızın çalışdığı universitetlər haqqında ətraflı məlumatı beynəlxalq aləmdə, elm təhsil inteqrasiyaları haqqındakı geniş təsəvvürləri hamını heyrətləndirdi. Görüşdə Avropa, Rusiya, Ukrayna, Qırğızıstan Türkiyənin aparıcı universitetlərinin rektorları iştirak edirdilər. Mən bir daha qürur duyuram ki, təhsil aldığım bütün ali məktəblərdən öncə Heydər Əliyev məktəbinin məzunuyam. Doğrudan da onunla hər görüş bir elmi tapıntıya sahib olmaq qədər qiymətli idi. Tarix belə şəxsiyyətləri min ildən bir yaradır. Biz xoşbəxt nəsilik ki, taleyimizə Heydər Əliyevin adı yazılıb.

Xoşbəxtlikdən, ulu öndərin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində xarici ölkələrə birgə səfərlərdə olmuşam. 2001-ci ildə EKO-nun İranda keçirilən toplantısında iştirak edirdik. Ulu öndər Heydər Əliyevin beynəlxalq aləmdəki böyük nüfuzunun, geniş intellektual dünyagörüşünün, insanlara qayğıkeşliyinin, diqqətinin şahidi oldum. Qürur duydum ki, tədbirdə iştirak edən digər 9 ölkənin rəhbəri Heydər Əliyevə xüsusi hörmət ehtiramla yanaşır, ona fərqli bir münasibət, rəğbət göstərirdilər. Sanki Heydər Əliyev digər prezidentlərdən statusca yüksək idi, hamı hörmətlə onun deyəcəyini, hansı addımı atacağını gözləyirdi, yalnız ondan sonra digər prezidentlər hadisələrə münasibət bildirirdi. Ümumiyyətlə, ulu öndərlə olduğum digər səfərlərdə onun yaddaşına, hadisələri əvvəlcədən hiss etmək fəhminə, insanların daxili aləmini duymaq hissinə, bununla yanaşı, yüksək mədəniyyətinə, nüfuzlu siyasi xadim üçün tələb olunan məziyyətlərinə, həmçinin sadə insanlarla ünsiyyət qurmaq məharətinə, diqqət qayğıkeşliyinə analoq tapa bilməmişəm. O, böyük bir dərya idi.

 

Həyat göstərdi ki, Heydər Əliyev necə uzaqgörən müdrik imiş. Məhz Ulu Öndərin təşəbbüsü sayəsində xarici ölkələrin ali məktəblərində təhsil alanlar sonralar Azərbaycana qayıdaraq xalqa, millətə ləyaqətlə xidmət etdi. Bu xidmətin isə yüksək səviyyədə olması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki o, hər birimizin həm insan, həm ixtisaslı kadr kimi formalaşmasında mühüm rol oynadı.

 

Ümummilli lider Heydər Əliyev canlı məktəb, canlı klassika, tarixin canlı örnəyi idi. Dəmir məntiqi, parlaq zəkası, iti mühakimə qabiliyyəti, fitri istedad sayılacaq fenomenal yaddaşı, möhkəm xarakteri, ən çıxılmaz vəziyyətlərdən, mürəkkəb situasiyalardan çıxmaq bacarığı onu hamıdan fərqləndirirdi.

Ulu öndər Heydər Əliyev 40 illik siyasi fəaliyyəti dövründə üzləşdiyi bütün çətinlikləri, maneələri, problemləri, hətta uğursuzluqları mətinliklə dəf edən, məğlubiyyət sözünü yaxına buraxmayan, inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan millət fədaisi, sərkərdə lider kimi xatırlanır. Tam cəsarətlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin hələ sağlığında əfsanəvi xarizmatik şəxsiyyətə çevrilməsində onun millətinin mənafeyi naminə həyatını hər cür riskə atması, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət prinsipiallıq göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bu bütöv prinsipial xarakteri sayəsində ulu öndər harada olursa-olsun, hadisələrin fövqünə qalxıb, idarəçilik qabiliyyətini reallaşdıra bilmiş, lider imicini qorumuşdur. Xalqa layiqli rəhbərlik missiyası onun xarakterindən, dünyagörüşündən, yaradıcılıq enerjisindən, qurub-yaratmaq həvəsindən bəhrələnmişdir.

Azərbaycanın daxili xarici siyasətdə qazandığı uğurlar bir daha sübut edir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarını yaşadır, eyni zamanda, bu işləri müasir dövrün tələblərinə, xalqın maraqlarına uyğun yeni formada təkmilləşdirir daha da inkişaf etdirir. Buna ən parlaq nümunələrdən biri ulu öndərin 1997-ci il dekabrın 18- imzaladığı "1948-1953- illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya haqqında" tarixi fərmanını xalqımızın başına gətirilən müsibətlərin öyrənilib dünya ictimaiyyətinə çatdırılmasına yönəldilmiş çox mühüm sənəd kimi qiymətləndirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2022-ci il dekabrın 24- Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi dərinməzmunlu proqram xarakterli fikirləri hesab oluna bilər. Bütün qeyd edilənləri ümumiləşdirərək məqalənin əvvəlində dediyim fikri bir qədər başqa formada təkrar etmək istəyirəm: "O xalq daha da xoşbəxtdir ki, onun ümummilli liderinin müəyyənləşdirdiyi yol uğurla davam etdirilir".

Abel MƏHƏRRƏMOV,

akademik.