Əlilliyi olan şəxslərə qulluq edənlərlə bağlı vergi güzəşti kimlərə şamil olunur?
Sosial həyat

Əlilliyi olan şəxslərə qulluq edənlərlə bağlı vergi güzəşti kimlərə şamil olunur?

Vergi Məcəlləsinə görə əlilliyi olan şəxslərə qulluq edənlərlə bağlı yeni vergi güzəşti kimlərə şamil olunur?

Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliyə əsasən, əlilliyi olan şəxslərə qulluq edən valideynlərə və qəyyumlara vergi güzəşti verilib.

Qeyd olunub ki, Vergi Məcəlləsinin 102.3 maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.