Eden Hazard karyerasını başa vurduğunu açıqlayıb
İdman

Eden Hazard karyerasını başa vurduğunu açıqlayıb

London “Çelsi” və Madridin “Real” klublarının keçmiş yarımmüdafiəçisi Eden Hazard sosial şəbəkələrdə peşəkar karyerasını bitirdiyini açıqlayıb.

"Respublika" "BBC" nəşrinə istinadla bildirir ki, təcrübəli futbolçu öz şəxsi hesabında bu fikirləri bildirib: “Özünü dinləməli və doğru anda dayanmalısan. 16 il və 700-dən çox oyundan sonra futboldan getməyə qərar verdim. Arzumu həyata keçirə bildim, dünyanın bir çox arenalarında oynadım və əyləndim. Karyeram ərzində meydanda və meydandan kənarda çox gözəl insanlarla tanış olmuşam, hamınız çox sağ olun! Sevdiklərinizlə vaxt keçirmək və yeni təcrübələr qazanmaq vaxtıdır. Tezliklə meydandan kənarda görüşənədək!” 

İyunun 3-də məlum olub ki, belçikalı Madrid klubu ilə müqaviləni tərəflərin qarşılıqlı razılaşması əsasında pozub. Futbolçunun “Kral klubu” ilə müqaviləsi 2024-cü ilə qədər qüvvədə idi.

Tacir SADIQOV,

"Respublika".