Dünya Bankından Türkiyəyə 35 milyard dollarlıq investisiya paketi
Türk dünyası

Dünya Bankından Türkiyəyə 35 milyard dollarlıq investisiya paketi

“Davam edən 17 milyard dollarlıq proqramımıza əlavə olaraq, qarşıdakı üç il ərzində Dünya Bankı Qrupu İdarə Heyətinə 18 milyard dollarlıq yeni əməliyyatlar hazırlamağı və təqdim etməyi gözləyirik”.

"Respublika" xəbər verir ki, bu sözləri Dünya Bankının Türkiyə üzrə Direktoru Humberto Lopez bildirib. 

Qeyd edək ki, Dünya Bankının Türkiyə üzrə Direktoru Humberto Lopez bunu bankın Türkiyənin iqtisadi siyasətinə dair qiymətləndirmələri, Dünya Bankı Qrupunun Türkiyədəki fəaliyyəti və gələcək illər üçün planları ilə bağlı sualları cavablandırarkən bildirib.