Dövlətimizin başçısı Ağdam Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub
Siyasət

Dövlətimizin başçısı Ağdam Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva mayın 2- Ağdam rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev "Azərişıq" ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi Təlim-Tədris Kompleksinin təməlini qoyub.

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına mərkəz kompleks barədə ətraflı məlumat verdi.

Bildirildi ki, Rəqəmsal İdarəetmə Mərkəzi şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli mərkəz vasitəsilə ətraf ərazilərin elektrik enerjisi ilə təchizatının etibarlılığına dayanıqlılığına nəzarət təmin olunacaq. Elektrik şəbəkələrinin Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə keyfiyyətinin yüksəldilməsinə zəmin yaradacaq. Burada mühəndis-texniki heyətin səmərəli fəaliyyətini təmin edən müasir avadanlıqla təchiz olunmuş otaqlarının, vətəndaş qəbulu üçün şəraitin yaradılması nəzərdə tutulub.

Qeyd olundu ki, Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılacaq.

Kompleksin Regional Tədris Mərkəzində yerli xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiqi istismarı qaydaları, peşə vərdişlərinin formalaşdırılması, real şəraitində təlim ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Mərkəz təlim-tədris zalından təlim poliqonundan ibarətdir. Tədris zalı 35/0,4 kV-luq müasir şəbəkə modelinin, 35 0,4 kV-luq fiberoptik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahələri, perspektiv inkişafı üstünlüklərinin əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub. Burada, həmçinin xüsusi dayaqlarda şəbəkədə istifadə edilən element ləvazimatlar qurulacaq.

İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji mənbələrinin (günəş külək enerji qurğuları) tətbiqinə dair real işlək model tərtib olunub, həm personalın, həm gələcəkdə aktiv istehlakçıların maarifləndirilməsi təlimlərində istifadəsi nəzərdə tutulub. Burada elektroenergetika sahəsində əldə olunmuş tarixi nailiyyətləri əks etdirən elektron guşə əyani vəsait stendləri, müasir uçot cihazları (SMS, Smart, NFC-sayğacları) təhlükəsizlik texnikası, idarəetmə plakatları təqdim ediləcək.

Məlumat verildi ki, beynəlxalq tədbirlər poliqonu isə peşə ustalığı yarışları müasir texnologiyaların əyani nümayişi üçün nəzərdə tutulmuş texnoloji ərazidir. Poliqonda günəş külək enerji mənbələrinin qurulması, istismarı müasir idarəetmə sistemləri üçün BOEM-təlim sahəsi planlaşdırılıb. Təlim poliqonunda real şəraitində istifadə edilən müasir şəbəkə modeli, Yaşıl enerji elementləri (günəş külək enerji mənbələri) innovativ layihə maketlərinin yerləşdirilməsi nəzərdə tutulub. Poliqon beynəlxalq peşə ustalığı yarışlarının, elektrotexniki təlim tədbirlərinin keçirilməsi müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsinin əyani nümayiş etdirilməsi üçün geniş imkanlar yaradacaq.

Burada yaradılacaq Regional Logistika Mərkəzi isə region üzrə tələb olunan nəqliyyat, xüsusi texnika mal-materialın daşınması, təmiri saxlanması üçün nəzərdə tutulub. Məqsəd tələb olunan texniki vasitələrin vaxt itkisi olmadan əraziyə çatdırılması saz vəziyyətdə saxlanmasından ibarətdir.

Transformator xidmət sahəsində müasir paylayıcı şəbəkələrdə tətbiq edilən güc transformatorlarının təmiri, sazlanması müasir cihazlarla təchiz edilməsi həyata keçiriləcək.

Mərkəzi Laboratoriya smart-sayğaclar, kabel, izolyator, qurğu avadanlıqların test-sınaq-diaqnostika tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Dövlətimizin başçısına işğaldan azad olunmuş ərazilərdə "Azərişıq" ASC tərəfindən paylayıcı elektrik şəbəkəsinin qurulması istiqamətində görülmüş işlər barədə məlumat verildi. Qeyd edildi ki, Ağdam rayonu ərazisində yerləşən infrastruktur strateji obyektlərin ilkin mərhələdə elektrik təchizatı üçün 28 kilometr məsafədə 10 kV-luq hava elektrik verilişi xətləri çəkilib, 7 ədəd müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılıb. Hazırda isə 35 kV-luq "Ağdam-1" "Ağdam-2" yarımstansiyalarının tikintisi bu yarımstansiyaların qidalandırılması üçün 35 kV-luq kabel xətlərinin çəkilməsi işləri görülür. Kəlbəcər rayonu üzrə dayanıqlı elektrik təchizatı üçün 31 kilometr uzunluğunda 110 kV-luq hava xətti çəkilib, 110/35/6 kV-luq "Daşkəsən yarımstansiyası yenidən qurularaq, 33,7 kilometr uzunluğunda 110 kV-luq hava xətləri bərpa edilib. Hazırda 35/0,4 kV-luq "Kəlbəcər" yarımstansiyası Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq "Çaykənd-Zod" kabel xəttinin çəkilməsi işləri aparılır. Laçın rayonunda da bir çox işlər görülüb, o cümlədən Azərbaycan-Ermənistan şərti dövlət sərhədi istiqamətində qurulan sərhəd-keçid məntəqəsini elektrik enerjisi ilə təmin etmək üçün 1,8 kilometr uzunluğunda 0,4 kV-luq kabel xətləri çəkilib 160 kVA gücündə 2 transformator quraşdırılıb. Hazırda Kilsəlidağ, 6- rayon Şəlvə əraziləri istiqamətində 66 kilometr uzunluğunda 35 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi müxtəlif gücdə komplekt transformator məntəqələrinin quraşdırılması işləri aparılır.

Prezident İlham Əliyev Ağdam Rəqəmsal İdarəetmə Mərkəzi Təlim-Tədris Kompleksinin təməlini qoydu.

AZƏRTAC