Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək
Elm və təhsil

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 23-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.

"Respublika" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı). İmtahana qeydiyyat 2023-cü il iyunun 25-dən 20 iyul saat 11:00-dək aparılıb və bu müddət ərzində 72 namizəd qeydiyyatdan keçib.