Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək
Gündəm

Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov aprelin 25-də Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Komitədən "Respublika"-a bildiriblər ki, görüş saat 11:00-da Şəki şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Şəki şəhəri, Heydər Əliyev pr. 216) keçiriləcək.