Sabah gündüz Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacaq
Gündəm

Sabah gündüz Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacaq

Azərbaycanda sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

"Respublika" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-18°, gündüz 20-25° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 766 millimetr civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17°, gündüz 22-27° isti, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacağı bildirilir.