Daha 50,9 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub
Sosial həyat

Daha 50,9 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb. Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir.

"Respublika" xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 Bu ilin birinci rübü ərzində daha 50,9 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib. Onlardan 11,9 mini pensiya, 39 mini müavinət və təqaüd təyinatları olub.