Çində İpək Yolu Beynəlxalq Mədəniyyət Sərgisi çərçivəsində Azərbaycan musiqiləri səsləndirilib
Mədəniyyət

Çində İpək Yolu Beynəlxalq Mədəniyyət Sərgisi çərçivəsində Azərbaycan musiqiləri səsləndirilib

Mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə geniş nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir. Nümayəndə heyətində ölkəmizin incəsənət ustaları da təmsil olunur. 

"Respublika" xəbər verir ki, səfər gedişində sənətçilərimiz Çinin Dunhuan şəhərində 6-cı Beynəlxalq İpək Yolu Mədəniyyət Sərgisi çərçivəsində keçirilən “İpək Yolu mədəni irsi və yeni sivilizasiya formasının qurulması” mövzusunda forumun bədii hissəsində maraqlı konsert proqramı ilə çıxış ediblər. 

Konsertdə Əməkdar artist İlkin Əhmədov, xanəndə Günay İmamverdiyeva Azərbaycan mahnılarını səsləndiriblər. Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri İnarə Zeynalova və Aydəmir Aydəmirov Azərbaycan xalq rəqsini ifa ediblər. 

Konsert proqramı Günay İmamverdiyeva-İlkin Əhmədov duetinin ifası ilə başa çatıb. Bütün ifalar böyük maraq və alqışlarla qarşılanıb.