Mir Cəlal yaradıcılığı İspaniyanın ədəbiyyat portalında
Mədəniyyət

Mir Cəlal yaradıcılığı İspaniyanın ədəbiyyat portalında

İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın ispan dilinə tərcümə edilmiş “İki ananın bir oğlu” hekayəsinə və ədibin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Tərcümə Mərkəzindən bildirilib.

Əsərin ispan dilinə tərcümə müəllifi  Rəhimə Məmmədovadır.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənən “Trabalibros” müntəzəm olaraq səhifələrində Xuan Rulfo, Tomas Mann, Vladimir Nabokov, Volfqanq Höte, Migel Delibes, Federiko Qarsiya Lorka kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

AZƏRTAC