Digər xəbərlər

"Chatham House"da Azərbaycan-Ermənistan normallaşma prosesi barədə danışılıb

İyunun 22- Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində qabaqcıl beyin mərkəzlərindən biri olan Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) təşkil edilmiş dəyirmi masa müzakirələrində çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan-Birləşmiş Krallıq münasibətləri, qlobal regional təhlükəsizlik məsələləri, o cümlədən enerji təhlükəsizliyi, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyi, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları, mövcud mina təhlükəsi, işğaldan azad edilmiş ərazilərin reabilitasiyası yenidən qurulması, habelə əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar digər məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov tədbir zamanı iştirakçıları maraqlandıran sualları cavablandırıb.