Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması region dövlətlərinə ticarət əlaqələrini qaydaya salmaq imkanı verəcək
MÜSAHİBƏLƏR

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması region dövlətlərinə ticarət əlaqələrini qaydaya salmaq imkanı verəcək

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması regionun bütün dövlətlərinə ticarət əlaqələrini qaydaya salmaq imkanı verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86- iclasının iştirakçısı, Sərhəd Qoşunlarının Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov deyib.

"Belə olan halda ticarət sahmana salınacaq, insanlar həm ticarət, həm ünsiyyət imkanı qazanacaq. Avtomatın nişangahına baxmaq əvəzinə, bir-biri ilə ünsiyyət qurmaq ticarət etmək daha yaxşıdır", - deyə Aleksandr Manilov bildirib.