Avtomobil ehtiyat hissələrinin satışı mağazasında yanğın olub
Digər xəbərlər

Avtomobil ehtiyat hissələrinin satışı mağazasında yanğın olub

Bakıda avtomobil ehtiyat hissələrinin satışı mağazasında yanğın olub.

"Respublika" Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata əsasən xəbər verir ki, paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 190 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının sahəsi 12 m² olan anbarının yanar konstruksiyaları və içərisində avtomobil ehtiyat hissələri yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.