Çanaqqala meşələrində yanğın davam edir
Dünya xəbərləri

Çanaqqala meşələrində yanğın davam edir

Çanaqqala mərkəzinin Sarıbeyli kəndi yaxınlığındakı meşədə yanğın baş verib.

"Respublika" xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.

Yanğının küləyin təsiri ilə genişləndiyi bildirilib.

Bölgədə 35 suçiləyici maşın, 5 buldozer, 3 yanğınsöndürmə briqadası, 8 ilkin müdaxilə maşını, 8 su təchizatı maşını, 4 inşaat maşını, 300 canlı qüvvə 80 jandarm fasiləsiz olaraq iş aparır.

Yanğının yaşayış məntəqələrinə də keçmək təhlükəsi var. Hazırda yanğınla mübarizə işləri davam etdirilir.

Nəzrin ELDARQIZI,

"Respublika".