Azərbaycanın “Buta Airways” aşağıbüdcəli aviadaşıyıcısı kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyədək artırır.
Şənbə günləri həyata keçirilən reyslərdən əlavə, 4 iyul tarixindən etibarən bu istiqamət üzrə uçuşlar çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri də həyata keçiriləcək.
Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki - “Standart” və “Super” tariflər üzrə təklif edir. Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.
Həmin uçuşlara biletləri daşıyıcının rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür.
Aviabiletlərin dəyəri 55 avrodan başlayır.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.
Bakı-Alanya istiqaməti üzrə reysin sərnişinləri Türkiyə ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin https://www.butaairways.az/az/covid/turkey saytında tanış olmaq olar.
Alanya-Bakı istiqaməti üzrə reysin sərnişinləri isə Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalı, koronavirus (COVİD-19) infeksiyasına dair PCR-testin neqativ nəticəsi barədə arayışa malik olmalıdılar. Azərbaycan ərazisinə giriş şərtləri ilə https://www.butaairways.az/az/covid/azerbaijan keçiddən istifadə etməklə tanış olmaq mümkündür.
Türkiyədə koronavirus (COVİD-19) infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin https://www.butaairways.az/az/covid/azerbaijan saytında dərc edilmişdir
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal binasına buraxılmayacaqlar.
“Buta Airways” aviaşirkətinin mətbuat xidməti.