Bolluq  yaradanlar
Region

Bolluq  yaradanlar

Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul işçiləri, Cəbrayıl Rayon Aqrar İnkişaf Mərkəzinin əməkdaşları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad etdilər.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsində aqrar sektorun keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasından söhbət açaraq son illər ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması, ölkənin aqrar potensialının təbliği istiqamətində görülən işlərdən danışdı. Çıxış edənlər bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində də genişmiqyaslı işlərin görüldüyünü qeyd edərək, bu sahənin yenidən bərpası və inkişafında kənd təsərrüfatı işçilərinin üzərinə mühüm vəzifələr düşdüyünü bildirdilər. Kənd təsərrüfatı sahəsində çalışan işçilərə uğurlar arzulayıb, peşə bayramlarını təbrik etdilər.

Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatı işçiləri qarşısında qoyulan vəzifələrin Cəbrayıl rayonunda da yüksək səviyyədə yerinə yetiriləcəyini bildirdi.

Tofiq HÜSEYN,

“Respublika”.