Gəncədə bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsinin ətrafında salınan parkın açılışı olub. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Aparatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin bəstəkarın ailə üzvləri iştirak ediblər.
İlk öncə, bəstəkar Qəmbər Hüseynlini
n məzarüstü abidəsi ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb. Bildirilib ki, "Cücələrim" mahnısı ilə dünyaya səs salan Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynli cəmi 45 illik ömür yaşadı... Amma özünə xidmət edən deyil, xalqa xidmət edən bir ömür.
Sonra onun məzarüstü abidəsinin ətrafında salınan yeni parkın açılışı olub.
Tədbirin sonunda Gəncə Uşaq Evinin sakinləri tərəfindən Qəmbər Hüseynlinin bəstəldiyi mahnıların sözlərindən ibarət şeirlər səsləndirilib.
Zabit XƏLİLOV,
"Respublika".