Köç karvanı Xocalıya çatıb
Gündəm

Köç karvanı Xocalıya çatıb

Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Xocalıya çatıb.

"Respublika" xəbər verir ki, Xocalı 32 ildən sonra doğma sakinlərini qarşılayır. Bu gün 24 ailə olmaqla, 88 nəfər Xocalı sakini öz yurduna qovuşub.

Xocalı şəhərində coşqu ilə qarşılanan ailələr doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Bununla da Xocalı şəhərində 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin olunub.