Bayden uzuzn müddətli gərginlikdən sonra İsrailin Baş Naziri ilə görüşəcək
Siyasət

Bayden uzuzn müddətli gərginlikdən sonra İsrailin Baş Naziri ilə görüşəcək

"İsrailin baş naziri Benyamin Netanyahunun bu ilin sonunda prezident Baydenlə görüşəcəyi gözlənilir".

"Respublika" "NPR"ə istinadən xəbər verir ki, bunu İsrailin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.

O, əlavə edib ki, görüşün nə vaxt və harada baş tutacağı barədə təfərrüatlar hələ də müzakirə olunur.

Qeyd edək ki, bu açıqlama İsrail prezidenti İsaak Hersoqun Baydenlə görüşmək və Konqresdə çıxış etmək üçün Vaşinqtona səfər etməsindən bir gün əvvələ təsadüf edir.

Töhfə SƏMƏDOVA,

"Respublika".