Sosial həyat

"Azpetrol" şirkəti Ramazan bayramı münasibətilə xeyriyyə tədbiri təşkil edib

"Azpetrol" şirkətinin təşəbbüsü və korporativ sosial məsuliyyət öhdəliklərinin icrası çərçivəsində Ramazan bayramı münasibətilə ərzaq yardımları paylanılıb.

Bu barədə verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı ilə birgə həyata keçirilən xeyriyyə tədbiri paytaxt ərazisində yaşayan şəhid ailələrini əhatə edib.

Bundan əlavə bayram payları "Azpetrol" şirkətinin Vətən müharibəsində şəhid olmuş dörd əməkdaşının ailələrinə də çatdırılıb.

"Azpetrol" şirkəti Vətən müharibəsində şəhid olanların ailələrini və Qarabağ qazilərini daim diqqət mərkəzində saxlayır, yardımlar edir.

Mustafa KAMAL,

“Respublika”.