“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Naftalan şəhərində vətəndaşları qəbul edib
Region

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Naftalan şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov mayın 25-i saat 10:00-da Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.

Əvvəl ümummilli lider Heydər Əliyevin Naftalan şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Qəbulda qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

“Respublika”.