Azercell Yeni il ərəfəsində yeni Samsung kampaniyasını təqdim edir
Digər xəbərlər

Azercell Yeni il ərəfəsində yeni Samsung kampaniyasını təqdim edir

Texnoloji həlləri və yeni model smartfonları abunəçilər üçün əlçatan edən "Azercell Telekom" 15 dekabrdan etibarən Samsung kampaniyasına start verib.

Yeni il ərəfəsində xüsusi təkliflə çıxış edən lider mobil operator Samsung A seriya modellərini əldə edən müştərilərə 12 ay müddətinə 1GB internet paketi hədiyyə edəcək. Kampaniyada yeni və mövcud, fakturalı və fakturasız (SimSim) xətt abunəçiləri iştirak edə bilər.

Yeni Samsung kampaniyasından yararlanmaq üçün Azercell-in rəsmi satış mərkəzlərindən və Kontakt Home mağazalar şəbəkəsindən 6 fərqli A seriyalı Samsung cihazlarından birini əldə etmək kifayətdir. Telefonlar 259 AZN-dən başlayan qiymətlərlə nağd şəklində satışa təqdim olunur. 1GB hədiyyə internet paketi 12 ay boyunca hər 30 gündən bir avtomatik qaydada yenilənəcək. Kampaniya 31 yanvar 2024-cü il tarixədək keçərlidir. Daha ətraflı məlumatla https://bit.ly/AzercellGalaxyA səhifəsində tanış olmaq mümkündür.

Qarşıdan gələn bayramlarda yaxınlarınızı sevindirmək üçün Azercell-in sərfəli kampaniyasından yararlanmaq fürsətini qaçırmayın.