13 iri çay, 9 su anbarı işğaldan azad edilib
Digər xəbərlər

13 iri çay, 9 su anbarı işğaldan azad edilib

1993- ildə Füzuli rayonu Ermənistan tərəfindən işğal ediləndən sonra rayondakı su anbarlarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsib, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradıblar. Qeyd edək ki, rayondakı Köndələnçay 3- su anbarı ulu öndər Heydər Əliyevin göstərişi təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilib. Su anbarı Füzuli rayonunda kənd təsərrüfatının inkişafına minlərlə hektar torpağın suvarılmasına şərait yaradıb. Ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbələri 6200 hektar sahəni suvarmağa imkan verir.

İşğaldan azad edilən ərazilərdə su anbarlarının gələcək istismarı ilə bağlı dövlətimizin başçısı tərəfindən müvafiq göstərişlər verilib. Torpaqlarımız azad edildikdən sonra Füzuli rayonundakı 3 su anbarında da təmir bərpa işlərinə başlanılıb. Qeyd edək ki, Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində "Köndələnçay-1", "Köndələnçay-2" "Aşağı Köndələnçay" su anbarları mövcuddur. "Köndələnçay-1" 1962-ci ildə, "Köndələnçay-2" 1964- ildə, "Aşağı Köndələnçay" su anbarı isə 1980-ci ildə tikilib istismara verilib. Uzun illər baxımsız qaldığı üçün hər 3 anbar qəzalı vəziyyətə düşüb. Buna görə anbarların suyu boşaldılıb, bəndlərdə, suburaxıcı qurğularda, selötürücü kanallarda təmir işləri həyata keçirilir. Bərpa təmir işləri hər üç anbarda aparılır. İlk iki anbarın hər birinin sututumu 3,9 milyon kubmetr, "Aşağı Köndələnçay" su anbarının tutumu isə 9,5 milyon kubmetrdir. Anbarların bərpası başa çatdıqdan sonra sudan Füzuli rayonunun həm işğaldan azad edilmiş, həm işğal olunmamış kəndlərinin əhalisi fermerlər istifadə edəcəklər. Su anbarlarını qidalandıran Quruçaya daha çox yaz aylarında sel gəlir. Ona görə çayın üzərində qoruyucu bənd tikilir, sipərlər yenilənir, suaşıran beton üzlüyə alınır sutəmizləyici qurğu betonla bərkidilir. İnşaatçıların sözlərinə görə, həm su anbarlarında, həm selötürücü kanallarda, həm Quruçayda görülən təmir-bərpa işlərinin bu ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulur.

Ötən ilin yayında Füzuli rayonuna səfər edən Prezident İlham Əliyev su anbarında olarkən bildirib ki, Köndələnçay Su Anbarı uzun illər düşmənin əlində olub. Uzun illər biz bu sudan məhrum idik. İkinci Qarabağ müharibəsindən sonra artıq bizim əlimizdədir bundan sonra Azərbaycan xalqının maraqlarına xidmət edəcək. Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız - bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi köhnə kanalların bərpası məqsədilə artıq vəsait ayrılıb, müvafiq göstərişlər verilib geniş proqram icra edilməyə başlanıb. Yeri gəlmişkən qeyd edək ki, ərazilərin işğaldan azad olunması nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb. Belə ki, işğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur.

 Salman ALIOĞLU,

"Respublika".