Azercell-də ADA Məktəbinin şagirdləri ilə görüş
Digər xəbərlər

Azercell-də ADA Məktəbinin şagirdləri ilə görüş

Məktəblilər mobil operatorun Şəbəkə Texnologiyası departamenti ilə tanış olublar

"Azercell Telekom"un İnsan Kapitalının İdarə Edilməsi departamenti ADA Məktəbinin müəllim şagird heyəti ilə görüş təşkil edib. ADA Məktəbinin 11-ci sinif şagirdləri ölkənin aparıcı mobil operatorunun Şəbəkə Texnologiyası departamenti ilə tanış olub, onun prinsinipini izləmək imkanı qazanıblar.

Tədbir zamanı məktəblilər Azercell-in şəbəkə əhatə dairəsi xidmətin keyfiyyəti ilə bağlı araşdırmalarını təqdim edib, öz müşahidələri ilə bölüşüblər. Bu, şagirdlər üçün müxtəlif mənbələrdən öyrəndikləri nəzəri bilikləri real telekommunikasiya mühitində təqdim etmək dəyərli təcrübə qazanmaq baxımından önəmli bir imkan olub.

Azercell-in Şəbəkə Texnologiyası departamentinin Şəbəkənin keyfiyyətinə nəzarət hesabat bölümünün rəhbər mütəxəssisləri artıq məktəb yaşlarından bu sahəyə maraq göstərən gənclərə dəstək olmaq məqsədilə məktəblilərə işlərini təkmilləşdirmək bacarıqlarını artırmaq üçün müəyyən istiqamətlər tövsiyələr veriblər. Şagirdlərə "STARTAP nədir" mövzusunda sessiya təqdim olunub, startapların ən son tendensiyaları, onların müxtəlif istiqamət imkanları ilə bağlı sualları cavablandırılıb. Mövzu ilə bağlı şagirdlərə öz bacarıqlarını daha da inkişaf etdirməyə imkan verən qrup çalışması keçirilib.

Azercell Plazada şagirdlər üçün həmçinin ekskursiya proqramı da təşkil olunub. Məktəblilərə bençmark drayv-test avadanlıqları əyani şəkildə göstərilib onların işləmə prinsipi izah olunub, şagirdləri maraqlandıran sualları Azercell əməkdaşlarına ünvanlamaq imkanı yaradılıb. Tədbirin sonunda iştirakçılara sertifikat hədiyyələr təqdim edilib.

Ülvi QARAYEV,

Respublika”.