Azərbaycanla Əqli Mülkiyyət Təşkilatı arasında təhsil və təlim proqramları müzakirə edilib
Digər xəbərlər

Azərbaycanla Əqli Mülkiyyət Təşkilatı arasında təhsil və təlim proqramları müzakirə edilib

Sentyabrın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Daren Tanq ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında mövcud tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub, bu istiqamətdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycanda əqli mülkiyyət sahəsində aparılan ardıcıl islahatlar, beynəlxalq reytinq göstəricilərində ölkəmizin nəzərəçarpan irəliləyişləri haqqında qarşı tərəfə məlumat verib.

İqtisadiyyatın davamlı inkişafının, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılmasının və insan kapitalına investisiyaların qoyuluşunun başlıca strateji məqsədlərdən biri kimi müəyyənləşdirildiyi vurğulanıb.

Görüş zamanı Azərbaycanla Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın perspektivləri, təhsil və əqli mülkiyyət sahəsində təhsil və təlim proqramları ətraflı müzakirə edilib.

 Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.