Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı özünün ən uğurlu dövrünü yaşayır
Siyasət

Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı özünün ən uğurlu dövrünü yaşayır

"Üç ildən bir qədər çox əvvəl elə həmin bu zalda Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi qəbul etdi. Qürurla deyə bilərəm ki, bu Hərəkat son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan biri olub". Azərbaycan Prezidenti İlham Əliyev martın 2- Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirakı zamanı bu fikirləri söyləmişdir.

Bəli, ölkəmiz bəşəri dəyərlərin təbliğinə xidmət edən təşkilata sədrliyi 2019-cu ildə qəbul etmiş 2022-ci ilə qədər bu missiyanı uğurla həyata keçirmişdir. Yalnız sədrliyi dövründə deyil, Hərəkatın üzvlüyünə qoşulduğu ilk vaxtlardan Azərbaycan üzv dövlətlərlə münasibətlərin yüksəldilməsinə, dünyada sülhün təhlükəsizliyin möhkəmlənməsinə dayanıqlı inkişafa mühüm töhfələr vermiş, beynəlxalq hüququn norma prinsiplərini qətiyyətlə müdafiə etməklə böyük nüfuz qazanmışdır. QH- sədrliyin Azərbaycana həvalə edilməsi bu müddətin 2023- ilə qədər uzadılması ölkəmizə olan etibarın, etimadın nümunəsidir. Belə ki, 3 il sədrliyi dövründə Bandunq prinsiplərinə sadiq qalaraq terrorla mübarizəyə, münaqişələrin həlli ilə bağlı beynəlxalq əməkdaşlığın şaxələndirilməsinə, beynəlxalq hüquq öhdəliklərin yerinə yetirilməsinə, qaçqınlar probleminin, yoxsulluğun azaldılmasına, ətraf mühitin qorunmasına, üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə səy göstərən Azərbaycan üzv dövlətlərin razılığı dəstəyi ilə Hərəkata sədrliyini bu il davam etdirir.

Azərbaycan üzvlükdən sədrliyə doğru layiqli yol qət edərək səmərəli fəaliyyəti ilə dünya birliyi arasında yüksək etimad qazanmaqla bərabər, eyni zamanda yeni dünya düzəninin formalaşdığı, beynəlxalq statuslu təşkilatların belə səhnədən çıxdığı bir dövrdə Qoşulmama Hərəkatının bir çox qlobal məsələlərin həllində güc amilinə çevrilməsində əhəmiyyətli rol oynadı. Azərbaycan Prezidentinin təşkilat çərçivəsində dünya dövlətləri ilə dostluq zəminində əməkdaşlıq, tərəfdaşlıq münasibətləri qurması, dünyada tərəqqiyə, inkişafa töhfə vermək missiyası həyata keçirməsi beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən, mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilən, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik inkişafa yardım etmək olan Qoşulmama Hərəkatının beynəlxalq aləmdə vacib aktor kimi çıxış etməsinə şərait yaratmışdır. Təşkilatın tarixində ilk dəfə onun Parlament Gənclər şəbəkələri yaradılmışdır.

Dünyanın 120-dən çox ölkəsini özündə birləşdirən, 1961-ci ildə keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya Afrikanın 25 dövlət hökumət başçısının iştirakı ilə təşkil olunan Zirvə görüşündə institusional əsası qoyulan, heç bir blokda iştirak etməyən Qoşulmama Hərəkatı ölkələrin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşaraq bəşəri dəyərlərin təbliğinə xidmət edir. BMT Nizamnaməsinin məqsəd prinsiplərini həyata keçirərək bütün irqlərin xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmaqdan, böyük dövlətlərin xüsusi maraqlarına xidmət etməkdən, hər hansı dövlət tərəfindən digər dövlətlərə təzyiq göstərməkdən çəkinmək, bütün beynəlxalq mübahisələri danışıqlar, barışıq, məhkəmə həlli tərəflərin özünün seçdiyi digər dinc vasitələrlə, sülh yolu ilə həll etmək missiyasını yerinə yetirən Hərəkat beynəlxalq öhdəliklərə xidmət etməklə üzv ölkələr arasında qarşılıqlı maraq əməkdaşlığı təşviq edir.

Hərəkatın qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsində fəal iştirak edən Azərbaycan 2019-cu ildə "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə adekvat cavab verilməsini təmin etmək" mövzusunda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına evsahibliyi etmişdir. Koronavirus pandemiyası ilə əlaqədar həlli məqsədilə ölkəmiz Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini irəli sürmüş dünyada vaksinlərin ədalətli bölgüsü, əlçatanlığının təmin olunması istiqamətində inkişaf etmiş ölkələri donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmışdır. Dövlətimiz, həmçinin 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuş, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı etmiş, əksəriyyəti Qoşulmama Hərəkatının üzvü olmaqla 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə humanitar yardım göstərmişdir. Beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyinin vurğulandığı Xüsusi sessiyada Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilmişdir. COVID-19 pandemiyası ilə fəal mübarizəyə qlobal səylərini səfərbər etməsi Hərəkatın nüfuzunu daha da artırmışdır.

Bu il martın 2- Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpaya həsr olunmuş sammiti çərçivəsində ölkə başçımız cənab İlham Əliyev pandemiyanın "2030: Davamlı İnkişaf Məqsədləri"nin icra olunmasına mənfi təsir etdiyini vurğulamış bu məqsədlə ölkəmizin postpandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilən BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifini irəli sürdüyünü bildirmiş, Hərəkata üzv ölkələri bu təşəbbüsü dəstəkləməyə çağırmışdır: "COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə humanitar yardım göstərməyə davam edəcək. Mən burada iki qlobal çağırışı bəyan edirəm. Bunlar Afrikanın inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Məmnuniyyətlə elan edirəm ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. İnanıram ki, Qoşulmama Hərəkatının üzvləri beynəlxalq ictimaiyyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək bizə qoşularaq postpandemiya bərpası dövründə ehtiyacı olan ölkələrə dəstək verəcəklər".

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dünyanı lərzəyə salan, çoxsaylı insan tələfatına səbəb olan, dünya iqtisadiyyatını çökdürən COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan Prezidentinin ədaləti beynəlxalq hüququ müdafiə edərək pandemiyaya qarşı mübarizədə mühüm əhəmiyyətli tədbirlərin təşəbbüskarı icraçısı kimi fəaliyyəti bu istiqamətdə Hərəkatın rolunu daha da artırmışdır.

Üzv ölkələrin postpandemiya dövründə səylərini birləşdirməsi Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşadığının göstəricisidir.

 

Mehparə ƏLİYEVA,

"Respublika".