Azərbaycanın növbəti önəmli təşəbbüsü
Digər xəbərlər

Azərbaycanın növbəti önəmli təşəbbüsü

Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu gündən-günə artır. Şübhəsiz, bunun əsasında ölkə başçımızın yeritdiyi uğurlu siyasət dövlət başçılarının  Prezident İlham Əliyevə olan etimadı dayanır. Cənab İlham Əliyevin irəli sürdüyü fikirlər həm regionda, həm beynəlxalq arenada yüksək qiymətləndirilir.

Ötən illərə nəzər saldıqda, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının, Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans vasitəsilə keçirilmiş Zirvə görüşünün məhz Prezidentimizin təşəbbüsü ilə baş tutduğunu deyə bilərik. Bu il martın 16-da Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün məhz Ankarada baş tutması cənab İlham Əliyevin qardaş ölkəyə verdiyi dəyəri bir daha təsdiqləyir. Xatırladaq ki, görüşün daha əvvəl Şuşada keçirilməsi planlaşdırılsa da, dövlətimizin başçısı Türkiyədəki dağıdıcı təbii fəlakətlər səbəbindən məkanın Ankara ilə dəyişilməsini daha məqsədəuyğun hesab etmişdir. Cənab İlham Əliyevin təklifi digər ölkələr tərəfindən böyük rəğbətlə qarşılanmış, bu istiqamətdə müvafiq qərar qəbul olunmuşdur. TDT-nin fəlakət, fövqəladə halların idarə edilməsi humanitar yardım mövzusuna həsr edilmiş Fövqəladə Zirvə görüşü, həmçinin dövlətimizin başçısının türk dövlətlərinə verdiyi önəmin nümunəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevin bu təşəbbüsünə görə dərin minnətdarlığını bildirmişdir. Ölkə başçımızın çıxışına başlamazdan əvvəl qardaş ölkəyə bir daha başsağlığı verməsi İlham Əliyevin Türkiyəyə duyduğu sevginin, dövlətimizin daim onların yanında olduğunun göstəricisidir. Prezident həmçinin hadisə bölgəsinə göndərilən humanitar yardımları da diqqətə çatdırmışdır: "Azərbaycan hökuməti xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə, 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır".

Qeyd edək ki, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı da Azərbaycana dəstək göstərmiş, tarixi zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək təbrik mesajları gəlmişdir. 2021-ci ilin iyun ayında Türkiyə ilə Azərbaycanın imzaladığı Şuşa Bəyannaməsi iki ölkə arasındakı əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Prezidentimizin aktiv liderliyi ölkələrarası əməkdaşlığı təşviq edən fəaliyyəti hər zaman özünü bu platformada da büruzə vermişdir. Bundan başqa, Ankara Sammiti türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına da mühüm töhfədir.

Ümumilikdə, görüş zamanı qəbul edilən önəmli qərarlar, nəzərdə tutulan perspektiv layihələr Türk birliyinin uğurlu gələcəyini xarakterizə edir. TDT artıq regional güc mərkəzi kimi özünütəsdiq etmişdir. Təşkilata üzv ölkələr öz aralarındakı əlaqələri genişləndirməklə yanaşı, beynəlxalq müstəvidə cərəyan edən proseslərə çevik reaksiya verməyə nail olmuşlar. Təsadüfi deyil ki, görüş sonrası bir sıra dövlətlər beynəlxalq təşkilatlar TDT ilə ticari-iqtisadi, mədəni-humanitar əlaqələri genişləndirmək niyyətində olduqlarını bəyan etmişlər. Türk Dövlətləri Təşkilatının, həmçinin dünya siyasətinin istiqamətlənməsində mühüm rolu var. Platformanın məqsədi həm  regionda, həm dünya səviyyəsində tanınan dairələrə təsiretmə qabiliyyətində olan türk dövlətləri blokunun güclənməsidir.

Xatırladaq ki, 2009-cu ildə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsinə qərar verilmişdir. Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan Macarıstan müşahidəçi qismində iştirak etmişlər.

Nəzrin ELDARQIZI,

"Respublika".