Azərbaycanın növbəti humanist addımı beynəlxalq aləmdə müsbət qarşılanır
Siyasət

Azərbaycanın növbəti humanist addımı beynəlxalq aləmdə müsbət qarşılanır

Azərbaycanın humanist prinsiplərə sadiq, sülhsevər, xalqların birgəyaşayışına önəm verən ölkə olduğu bütün dünyaya bəllidir. Elə torpaqlarımızın erməni işğalından azad olunmasının 30 il müddətinə uzanmasına səbəb dövlətimizin münaqişəni diplomatik yolla, hərbi əməliyyatlarsız həll etmək istəyi idi. Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasətin əsasında bir məqsəd dayanırdı: münaqişənin həllinə sülh yolu ilə nail olmaq.

Ulu öndərin siyasi kursunu uğurla həyata keçirən, dünya birliyində Azərbaycana etibarlı tərəfdaş, demokratik, insan hüquq azadlıqlarının qorunduğu ölkə imici qazandıran Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərdə, yüksəksəviyyəli görüşlərdə ədalətin bərpa olunması, Ermənistanın Azərbaycana ərazi iddialarına son qoyulması istiqamətində bütün cəhdləri uzun müddət nəticəsiz qaldı. Ermənistan nəinki sülhə gəldi, hətta daha böyük iddialar irəli sürməyə başladı, sərhəddə törətdiyi təxribatlar intensivləşdi. 30 il səbir, dözüm nümayiş etdirən Azərbaycan xalqı 2020-ci il sentyabrın 27- azğınlaşmış düşmənin dərsini döyüş meydanında verdi. Ali Baş Komandandan Ermənistanın növbəti təxribatına əks-hücumla cavab vermək əmri alan rəşadətli ordumuz Vətənin ərazi bütövlüyünün müdafiəsinə qalxdı. 44 gün ərzində torpaqlarımız yağı düşməndən azad edildi. Azərbaycanın qalibiyyətini, işğalçı ölkənin isə kapitulyasiyasını əks etdirən üçtərəfli Bəyanatın imzalanmasından sonra hərbi əməliyyatlar dayandırıldı.

İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü təmin edən Azərbaycan  bölgədə  sülhün bərqərar olmasına, region dövlətlərinin qarşılıqlı anlaşma şəraitində  əməkdaşlığına ciddi səy göstərir. 30 il ərazilərini işğal altında saxlayan Ermənistana da  köhnə səhifələri bağlamaq, mehriban qonşu kimi yaşamaq üçün sülh təklif edirArtıq  İkinci Qarabağ müharibəsindən 3 ilə yaxın vaxt ötürDüşməndən geri alınmış ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Azərbaycanın yaratdığı reallıqları qəbul etməyən Ermənistan isə hələ sülh müqaviləsini imzalamır, beynəlxalq vasitəçilərin təşkilatçılığı ilə keçirilən  görüşlərdə  bu istiqamətdə razılığa gəlinsə , görüşlərdən sonra qarşı tərəf hər dəfə bir  bəhanə  gətirərək  vədindən boyun qaçırır.

Azərbaycan Prezidenti İlham Əliyev dünyada qətiyyətli, dediyi sözə əməl edən müdrik siyasətçi kimi qəbul olunur. bunu Ermənistan da  çox yaxşı bilir. Çünki  hələ İkinci Qarabağ müharibəsi başlamazdan əvvəl, ölkə başçımız Ermənistan-Azərbaycan münaqişəsinin  diplomatik yolla həllini tapmasa, hərbi yolla həll olunacağını dəfələrlə bildirmişdi. Postmüharibə dövründə Azərbaycan qarşısına qoyduğu bütün  vəzifələri uğurla yerinə yetirir. Azad olunmuş ərazilərə Böyük Qayıdışın mərhələ-mərhələ reallaşdırılması, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması sözü ilə əməli bir olan Azərbaycan Prezidentinin qətiyyətinin bariz göstəricisidir. Bütün bunların fonunda  uğursuzluqlarının girdabında boğulan, istər siyasi, istər iqtisadi cəhətdən tənəzzülə uğrayan Ermənistanın sülhə gəlməməsi anlaşılan deyil. Onlar  qəbul etmək istəmirlər ki, artıq diktə edən qalib Azərbaycandır. Ermənistan isə onun şərtlərini yerinə yetirməyə məhkumdur, əks təqdirdə,  30 il olduğu kimi, bundan sonra da regionda  reallaşdırılan bütün beynəlxalq səviyyəli layihələrdən  təcrid olunacaq xalqı səfalət içində yaşayacaq. Bu baxımdan, Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaq ilk olaraq Ermənistanın özü üçün vacibdir. Lakin   bir reallıq var ki, qonşu dövlət heç bir vaxt  öz vətəndaşının  müqəddəratını həll etməkdə  maraqlı olmayıb. Belə olmasaydı, özgə torpaqlarına göz dikib xalqını  ədalətsiz müharibəyə sövq etməz, yaxud da  postmüharibə dövrünün reallıqlarını qəbul etməklə  ölkəni böhran  vəziyyətindən çıxarardı. Azərbaycan dövləti isə   öz vətəndaşlarının mənafeyini hər zaman, hər şeydən üstün tutub, onların hüquq azadlıqlarını təmin edib. Bu, dövlətimizin  siyasi xəttinin əsas istiqamətlərindəndir. Vətənimizin dilbər guşəsi Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının da  hüquqları dövlətimiz tərəfindən qorunacaq. Bunu dövlət başçımız dəfələrlə bildirib, lakin onu da vurğulayıb ki, onların   statusu müstəqilliyi ki, hansısa xüsusi imtiyazı olmayacaq: "Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə".

Bəli, Qarabağda yaşayan ermənilərin  Azərbaycan qanunlarına tabe olmaq bu qanunlar altında yaşamaqdan başqa yolu yoxdur. May ayının 28-  Laçına  qayıdan əhali ilə görüşü zamanı ölkə başçımız bu barədə demişdir: "Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, "parlament"i buraxmaq. Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir". Azərbaycan Prezidenti, həmçinin Qarabağdakı erməni separatçıların təslim olacaqları, könüllü olaraq  saxta mövqelərindən əl çəkəcəkləri təqdirdə onlara amnistiya tətbiq  oluna biləcəyini vurğulayıb: "Ona görə "parlament" buraxılmalıdır, özünü "prezident" adlandıran ünsür təslim olmalıdır, bütün "nazirlər", "deputatlar" digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər... Ona görə onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq. Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda".

Azərbaycan Prezidentinin düşmən ölkəyə növbəti dəfə verdiyi şans, atdığı humanist addım  beynəlxalq aləmdə müsbət qarşılanıb. Belə ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller mətbuata bəyanatında ABŞ-ın  Prezident İlham Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışladığını bildirib. Bu isə onu deməyə əsas verir ki, artıq Ermənistanın  onun havadarlarının  yalanları ayaq tutsa da  yerimir. Daha dünya Ermənistanın  saxta "göz yaşlarına" inanmır. Müstəqil siyasət yürüdən bu siyasətində  yalnız regionda deyil, bütün dünyada sülhü təşviq edən Azərbaycanın verdiyi qərarlara hörmətlə yanaşılır.

İqtisadi cəhətdən inkişaf edən, hərbi potensialını günbəgün artıranbeynəlxalq əlaqələrini şaxələndirən müstəqil dövlətimiz Cənubi Qafqazın lider dövlətidir öz torpaqlarında istənilən əməliyyatı keçirmək iqtidarındadır. Lakin heç bir vaxt müharibə, münaqişə tərəfdarı olmayan Azərbaycan humanist ölkədir. Bu baxımdan, 30 il ərazilərini işğal altında saxlayan, 1 milyondan çox vətəndaşını  məcburi köçkün vəziyyətinə salan, işğal dövründə sərvətlərini talan edən düşməninə sülh əlini uzadır, cinayətkar ünsürlərinə amnistiya verməyi düşünür. Bu şansı Ermənistan mütləq dəyərləndirməlidir, qədər ki gec deyil...

Mehparə ƏLİYEVA,

"Respublika".