Azərbaycanın fiqurlu konkisürəni Avropa çempionatında iştirak edəcək
İdman

Azərbaycanın fiqurlu konkisürəni Avropa çempionatında iştirak edəcək

Yanvarın 10-da Litvanın Kaunas şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürəcək.

"Respublika" xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanı Vladimir Litvintsev təmsil edəcək.

O, yanvarın 10-da qısa və 12-də isə sərbəst proqramda qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatına yanvarın 14-də yekun vurulacaq.