Azərbaycanda terror aktı törətməyi planlaşdıran şəxs saxlanılıb
CƏMİYYƏT

Azərbaycanda terror aktı törətməyi planlaşdıran şəxs saxlanılıb

Azərbaycanda terror aktı törətməyi planlaşdıran Əfqanıstan vətəndaşı saxlanılıb. 

"Respublika" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti açıqlama verib.

Bildirilib ki, aparılan araşdırmalarla Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə terror aktı törətməyi planlaşdırdığı müəyyən edilib. 

Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda terror aktını planlaşdıran digər şəxslərin müəyyən olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.