Azərbaycan XİN-dən Mirzoyana cavab
Siyasət

Azərbaycan XİN-dən Mirzoyana cavab

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı ərazi iddiaları irəli sürməklə yanaşı, danışıqlar prosesini və əldə edilmiş razılıqları, eləcə də tarixi faktları kobudcasına təhrif edən əsassız spekulyasiyalarla çıxış edib.

"Respublika" xəbər verir ki, bu barədə iyulun 27-də mətbuata müsahibəsi zamanı A.Mirzoyanın səsləndirdiyi əsassız fikirlərə dair Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində qeyd olunub.

Vurğulanıb ki, Ermənistan tərəfinin bu günədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası, o cümlədən sülh sazişi üzrə danışıqları və beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını bir daha sübut edir.