Azərbaycan və Türkiyə su qıtlığına qarşı mübarizə sahəsində əməkdaşlığı genişləndirir
Gündəm

Azərbaycan və Türkiyə su qıtlığına qarşı mübarizə sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Agentlikdən "Respublika"ya bildiriblər ki, görüşdə su təhlükəsizliyi prioriteti istiqamətində işlər, su qıtlığına qarşı uzunmüddətli strateji həll yolları, sudan səmərəli istifadə istiqamətində maariflənmə, Türkiyə ilə Azərbaycan arasında effektiv təcrübə mübadiləsi və digər məsələlər müzakirə edilib.

Gələcəkdə bu istiqamətdə ikitərəfli əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı razılaşma əldə olunub.