Azərbaycan Texnologiya Universiteti ilə “ATS Food” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb
Elm və təhsil

Azərbaycan Texnologiya Universiteti ilə “ATS Food” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

“ATS Food” MMC-nin nümayəndələri Azərbaycan Texnologiya Universitetində olublar. Qarşılıqlı əməkdaşlığın imkanları və perspektivləri müzakirə edildikdən sonra əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum elmi nailiyyətlərin müəssisədə tətbiqi, təcrübə və fənn proqramlarının uyğunlaşdırılması, təlim mərkəzinin yaradılması, məzunların işlə təminatı kimi məsələləri əhatə edir.

Qeyd edək ki, “ATS Food” ölkədə qida sənayesi sektorunda fəaliyyət göstərən şirkətlər qrupudur. Şirkətin missiyası istehsal və emal sahələrini inkişaf etdirməkdir. Şirkətin strukturuna un dəyirmanı, kombinə edilmiş qüvvəli yemlər zavodu, soya emalı zavodu, 2 çörək zavodu, unlu və qənnadı məmulatları fabrikləri daxildir.

Zabit XƏLİLOV,

“Respublika”.