Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tələbatı üçün hərbi geyim forması və ləvazimatının satın alınması üzrə AÇIQ TENDERƏ DƏVƏT EDİR
Reklam və elanlar

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tələbatı üçün hərbi geyim forması və ləvazimatının satın alınması üzrə AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Tender təkliflərini, eləcə də bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etsinlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar) səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştırak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron imzanın sahibi olmalıdır. Kağız üsulu ilə təqdim edilmiş təklif və sorğular nəzərə alınmayacaq.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar Portal tərəfindən müəyyən edilən məbləğdə iştirak haqqını müvafiq hesaba köcürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Portal vasitəsilə ala və müsabiqə üzrə təkliflərini təqdim edə bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. İddiaçının tam adı, hüquqi statusu, maddi-texniki və kadr imkanları haqqında rəsmi məlumat (təsdiqedici sənədlər təqdim edilməklə) (Zəruridir. Təsdiqedici sənəd PDF formatında yerləşdirilməsi zəruridir. İxtisaslı kadr (əmək müqaviləsinin bildirişləri) və texniki imkanları, müqavilələr barədə məlumat cədvəli sənəddə öz əksini tapmalıdır. (İşçi qüvvəsi, peşəkarlığı, anbarın mövcud olması, texnikaları, mövcud layihənin icrası üçün texniki avadanlıqlarının mövcudluğu və sayı barədə məlumat xarakterli arayış), nizamnaməsi (zəruridir. Notarial qaydada təsdiq olunmalıdır. Təsdiqedici sənəd PDF formatında yerləşdirilməsi zəruridir), qeydiyyatdan keçdiyi ölkə (malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının surəti. Zəruridir. Təsdiqedici sənəd PDF formatında yerləşdirilməsi zəruridir), şəhadətnamə (Qeydiyyat şəhadətnaməsi təqdim olunmalıdır, Malgöndərənin VÖEN-i. Təsdiqedici sənəd PDF formatında yerləşdirilməsi zəruridir). və rekvizitləri (bank rekvizitləri təqdim olunmalıdır. Təsdiqedici sənəd PDF formatında yerləşdirilməsi zəruridir)

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Zəruridir. Təsdiqedici sənədi PDF formatında yerləşdirilməsi zəruridir);

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (müvafiq orqan tərəfindən təqdim olunmuş arayış olmalıdır. Sənədin əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması-pdf formatda portala əlavə edilməlidir);

8. Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır. Sənədin əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması-PDF formatda portala əlavə edilməlir).

9. Podratçının müəyyən etdiyi digər sənədlər.

10. Tenderin əsas şərtlər toplusuna əlavə olunmuş standart formalara uyğun müvafiq məlumatlar.

11. Mövcud layihəyə uyğun təcrübənin mövcudluğu (etibarlılıq) (təsdiqedici sənəd PDF formatında yerləşdirilməsi zəruridir. Şərtlər toplusunda müəyyənləşdirilmiş qaydada qiymətləndiriləcək)

12. Müsabiqəyə təqdim olunmuş tender təkliflərində mallar (işlər və xidmətlər) sifariş (göstəriş) veriləndən sora xidmətin (işin) təhvil verilməsi müddəti (gün sayı mütləq qeyd edilməlidir). (Təsdiqedici sənəd PDF formatında yerləşdirilməsi zəruridir. Şərtlər toplusunda müəyyənləşdirilmiş qaydada qiymətləndiriləcək).

13. Sahibkarlıq subyektinin bölgüsü, mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (malgöndərən (podratçı) Dövlət Statistika Komitəsindən alır. Sənədin orijinalı skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 08.09.2023 15:00 tarixə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 18.09.2023 15:00 tarixə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 19.09.2023-cü il tarixdə üzrə saat 15:00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

Tender Komissiyası.