Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli və “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 451 nömrəli fərmanlarında də
Fərman

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli və “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 451 nömrəli fərmanlarında də

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 7 (I kitab), maddələr 1496, 1506, № 11, maddə 2287; 2019, № 2, maddələr 218, 236, № 4, maddə 625, № 5, maddələr 848, 855; 2020, № 2, maddə 100, № 9, maddə 1148; 2021, № 1, maddə 43) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin 7.1.1-ci yarımbəndinin “Tədbir 1.1.4: KOS evinin yaradılması” yarımbəndinin ikinci abzasına, 7.2-ci bəndinin dördüncü abzasının adına, birinci və ikinci cümlələrinə, 7.3-cü bəndinə (hər iki halda), 7.3.1-ci yarımbəndinin “Tədbir 3.1.1: KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatlarının müvafiq maliyyə xidmətləri ilə təmin edilməsi” yarımbəndinə, “Tədbir 3.1.2: KOS-un beynəlxalq standartlara və tələblərə uyğunlaşdırılmasına dəstək göstərilməsi” yarımbəndinin ikinci abzasının ikinci cümləsinə, 7.3.2-ci yarımbəndinin “Tədbir 3.2.1: İxrac assosiasiyalarının inkişaf etdirilməsi” yarımbəndinin ikinci abzasının birinci cümləsinə və beşinci abzasına, 7.4-cü bəndinin üçüncü abzasının birinci cümləsinə, 7.4.2-ci yarımbəndinə (hər iki halda) ismin müvafiq hallarında “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi” sözlərindən sonra ismin müvafiq hallarında “ – AZPROMO” sözü əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, № 11, maddə 1357; 2021, № 1, maddə 30, № 6 (I kitab), maddələr 579, 593, № 8, maddə 908; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 iyul tarixli 766 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 4-cü hissəsinin “Göstərdiyi xidmətlər” sütununa “Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin” sözlərindən sonra “ – AZPROMO-nun” sözü əlavə edilsin.

3. “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 451 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2608; 2021, № 7, maddə 745) 1-ci hissəsinə və 2.1-ci bəndinə “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi” sözlərindən sonra “ – AZPROMO” sözü əlavə edilsin.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 dekabr 2021-ci il