Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib
Siyasət

Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib

Aprelin 13- Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Bosniya Herseqovinanın Rəyasət Heyəti tərəfindən rəsmi nahar verilib.

AZƏRTAC xəbər verir ki, nahardan sonra Prezident İlham Əliyevə xizək hədiyyə edildi.

Bildirildi ki, tamamilə əl işi olan bu xizəyin orijinalını 1984- ildə Sarayevoda keçirilmiş Qış Olimpiya Oyunları zamanı bosniya herseqovinalı idmançı istifadə edib. Bu hədiyyə məxsusi olaraq Prezident İlham Əliyev üçün hazırlanıb.

AZƏRTAC