Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri ilə geniş tərkibdə görüşü
Siyasət

Azərbaycan Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvləri ilə geniş tərkibdə görüşü

Aprelin 13- Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç Denis Beçiroviç ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Bosniya Herseqovinanın dostu olduğunu deyən Jelka Tsviyanoviç, Jelko Komşiç Denis Beçiroviç dövlətimizin başçısının Bosniya Herseqovinaya daim dostluq münasibəti göstərməsini yüksək qiymətləndirdilər. Xüsusilə Azərbaycanın 2014- ildə Bosniya Herseqovinada baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasında COVID-19-a qarşı mübarizədə göstərdiyi maddi humanitar dəstəyi vurğulayaraq, ölkəmizin Bosniya Herseqovinada humanitar infrastruktur xarakterli bir sıra layihələrin həyata keçirməsini, o cümlədən gözdən əlil ahıl insanlar üçün mərkəzlərin təmirini çox yüksək qiymətləndirdilər.

Jelka Tsviyanoviç, Jelko Komşiç Denis Beçiroviç dövlətimizin başçısının bu səfərinin ölkələrimiz arasında tərəfdaşlığın inkişafında yeni səhifə açacağına əlaqələrimizin daha da inkişafına ciddi töhfə verəcəyinə əminliklərini bildirdilər. Səfər çərçivəsində həm ikitərəfli gündəlikdə duran məsələlərə, həm beynəlxalq məsələlərə dair ətraflı fikir mübadiləsinin aparılacağı vurğulandı.

Azərbaycanla Bosniya Herseqovina arasında siyasi münasibətlərin mükəmməl səviyyədə olduğu, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü suverenliyini dəstəklədiyi xüsusi qeyd edildi. Azərbaycanın Bosniya Herseqovinada səfirliyinin açılmasının əlaqələrimizin inkişafında mühüm rol oynadığı bildirildi Bosniya Herseqovinanın da tezliklə Azərbaycanda səfirlik açmaq niyyətində olduğu qeyd edildi. Bosniya Herseqovinanın Azərbaycan vətəndaşları üçün viza rejimini aradan qaldırdığı bu istiqamətdə Azərbaycan tərəfindən müvafiq addımların atılacağı vurğulandı.

Bosniya Herseqovinanın Rəyasət Heyətinin Sədri üzvləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən qətliamın heç zaman unudulmamasının vacibliyinə toxundular, Bosniya Herseqovinanın tarixi ilə Azərbaycanın tarixində bənzər hadisələrin olduğunu qeyd etdilər.

1972-ci ildə Bakı Sarayevo şəhərlərinin qardaşlaşması ilə bağlı sazişin imzalandığını xatırladan Prezident İlham Əliyev bu şəhərlər arasında münasibətlərin qardaşlıq zəminində inkişaf etdiyini dedi.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanla Bosniya Herseqovina arasında imzalanacaq strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldıracaq.

Prezident İlham Əliyev siyasi münasibətlərimizin daim çox yaxşı səviyyədə olduğunu, ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərdiklərini vurğuladı, Azərbaycan torpaqlarının işğal altında olduğu müddətdə Bosniya Herseqovinanın həmişə ərazi bütövlüyümüzə suverenliyimizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd etdi. Azərbaycanın Bosniya Herseqovinanın ərazi bütövlüyünü suverenliyini hər zaman dəstəklədiyini diqqətə çatdıran dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi zamanı da Bosniya Herseqovinanın Azərbaycana göstərdiyi siyasi dəstəyin təqdir olunduğunu dedi.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanla Bosniya Herseqovina arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, enerji, investisiyalar, nəqliyyat, turizm, mədəniyyət, elm, təhsil sahələrində digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.

Bu xüsusda iki ölkə arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən çıxış edərək hökumətlərarası birgə komissiyanın müvafiq sahələr üzrə birgə əməkdaşlıq layihələrinin inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılması qərara alındı.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan dünyanın bir çox ölkələrində investisiya layihələri ilə çıxış edib bu xüsusda Bosniya Herseqovinada da müxtəlif investisiya layihələrində iştirak edə bilər.

Azərbaycanın təbii qazının Balkan regionu Bosniya Herseqovinanın qonşu ölkələrinə ixrac edildiyi vurğulanaraq, gələcəkdə enerji sahəsində əməkdaşlıq imkanlarının mümkünlüyü qeyd olundu.

Dövlətimizin başçısı bildirdi ki, həm Azərbaycan, həm Bosniya Herseqovina çoxkonfessiyalı ölkələrdir. Bu baxımdan da ölkələrimiz arasında təcrübə mübadiləsinin aparılması da yaxşı haldır. Eyni zamanda, ölkələrimizin vətəndaş cəmiyyəti təsisatları, elm-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərinin vacibliyi bildirildi.

Azərbaycanın Bosniya Herseqovinanın minalardan əziyyət çəkən, minalarla çirklənmiş ölkələr olduğu vurğulanaraq, bu sahədə əməkdaşlığın təcrübə mübadiləsinin aparılmasının önəmi qeyd edildi.

AZƏRTAC