Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Pakistana rəsmi səfəri başlayıb
Digər xəbərlər

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Pakistana rəsmi səfəri başlayıb

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munirin dəvəti ilə mayın 23-də bu ölkəyə rəsmi səfərə gedib.

Respublika-news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin Pakistanın hərbi rəhbərliyi ilə görüşü, həmçinin bir sıra hərbi təyinatlı müəssisələrə ziyarəti nəzərdə tutulub.

Nəzrin CAVADZADƏ.