Azərbaycan OPEC dövlətləri arasında əhəmiyyətli ölkədir
Siyasət

Azərbaycan OPEC dövlətləri arasında əhəmiyyətli ölkədir

OPEC - Neft İxrac edən Ölkələr Birliyi neftin qiymətinin tənzimlənməsi məqsədilə yaradılan beynəlxalq təşkilatdır. Quruma üzv olan ölkələr iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. Yaradılması ötən əsrə təsadüf edən təşkilatın Azərbaycanla əməkdaşlığı 2016- ildə başlayıb. Hazırda Azərbaycan Qeyri-OPEC ölkələri siyahısında təşkilata üzvdür. Azərbaycanla yanaşı, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan təşkilatla "OPEC plus" formatında sıx əməkdaşlıq edir. Burada əsas məqsəd dünya neft bazarında tələb təklifin uzlaşmasına nail olmaqdır.

Qeyd edək ki, ölkə başçımız iyunun 19-da OPEC-in baş katibi Haysam Əl-Qaysı qəbul edib. Şübhəsiz ki, bu görüşlərdən sonra daim ölkəmizin xeyrinə ciddi addımlar atılır. İqtisadçı ekspert Eyyub Kərimli bildirir ki, ölkəmizin OPEC- çox etibarlı, səmərəli tərəfdaşlığı mövcuddur. OPEC+ formatında təşəbbüslər daim yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz həm OPEC-in fəal üzvüdür: Bildiyimiz kimi, 2020-ci ildən OPEC tərəfindən qoyulan neft limitinə riayət edilir. Hazırda həmin limitin 76 faizinə qədər öhdəliyi yerinə yetirilib. Bu ilin may ayına qədər Azərbaycanın gündəlik neft hasilatı 602 min barel olub.

OPEC-in aylıq kvotasının 73 faizini istifadə edib. Burada hasil edilən neftin 500 min bareli xam neft, 112 min bareli isə kondensatdır. Qeyd edim ki, OPEC+ əməkdaşlığı çərçivəsində 2023- ilin sonuna kimi Azərbaycanın gündəlik ixracı 33 min barel, xam neft kvotası isə 684 min barel təşkil edir.

Hazırda ölkəmizdə işğaldan azad edilmiş ərazilərdə bərpa yenidənqurma işlərində əməkdaşlıq daha da genişlənir. Burada Şərq-Qərb Şimal-Cənub nəqliyyat dəhlizi potensialı bu istiqamətdə ölkəmizin nəqliyyat aktoru kimi rolu artır, eləcə bərpaolunan enerji sahəsində layihələrin araşdırılmasında müəyyən məsələlərlə bağlı danışıqlar aparılır. Onu da qeyd edim ki, OPEC-in həm ölkəmizə investisiya yatırmaqla bağlı müəyyən planları var. Sözsüz ki, bunlar uğurla həyata keçiriləcək ölkəmizin həm logistika nəqliyyat imkanlarının geniş istifadə edilməsi, OPEC-in neft təchizatında gələcəkdə nəzərdə tutulan Zəngəzur dəhlizi vasitəsilə Avropaya çıxarılması kimi imkanlar yaranır. Bu da sözsüz ki, OPEC-in ölkəmizə olan marağını daha da artırır. Həmçinin investisiya formasında düşünürəm ki, işğaldan azad edilmiş bölgələrimizə alternativ bərpaolunan enerji investisiyası ilə bağlı böyük sərmayə yatırılması nəzərdə tutulur. Azərbaycan OPEC dövlətləri üçün əhəmiyyətli bir ölkədir. Belə ki, gələcəkdə buradakı logistika nəqliyyat infrastrukturunun, OPEC-in Avropaya neft təchizatında əhəmiyyətli rolu ola bilər".

Töhfə SƏMƏDOVA,

"Respublika".