Azərbaycan millisinin Avropa çempionatı üçün geniş heyəti açıqlanıb
İdman

Azərbaycan millisinin Avropa çempionatı üçün geniş heyəti açıqlanıb

Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin geniş heyəti açıqlanıb.

Azərbaycan Voleybol Federasiyasından "Respublika"ya bildirilib ki, heyətdə hücumçular - Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova, Ülkər Kərimova, blokçular - Ayşən Abduləzimova, Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko, oyunqurucular - Kristina Besman, Yana Doroşenko, Şəfaqət Alışanova, liberolar - Yuliya Kərimova və Bəyaz Quluyeva yer alıblar.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi bu il avqustun15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi ilə keçiriləcək. Yığmamızın yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək. Komandamızın rəqibləri isə meydan sahibi ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.