Azərbaycan millisi çövkən üzrə ilk dünya çempionu olub
İdman

Azərbaycan millisi çövkən üzrə ilk dünya çempionu olub

Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi adını qazanıb.

"Respublika" xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan həlledici görüşdə komanda Mərakeş yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da yığmamız çövkən üzrə ilk dünya çempionatının qalibi adını qazanıb.

Üçüncü yer uğrunda görüşdə isə Nigeriya millisi Özbəkistan komandasını penaltilər seriyasında məğlub edib.