Azərbaycan-İran sərhədində zəlzələ olub
Ekologiya

Azərbaycan-İran sərhədində zəlzələ olub

Azərbaycanla İran sərhədində zəlzələ qeydə alınıb.

“Respublika” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, saat 09:18-də baş verən 5.1 maqnitudalı zəlzələ Azərbaycanın Cəlilabad, Yardımlı, Lənkəran, Lerik, Masallı, Astara, Saatlı, Beyləqan, Ağdam rayonlarında 5-3 bala qədər hiss olunub.