Hacıqabulda “Ağacəkmə” aksiyası
Ekologiya

Hacıqabulda “Ağacəkmə” aksiyası

Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü münasibəti ilə  Hacıqabul rayonunda “Ağacəkmə” aksiyası keçirildi.

Bu tarixi hadisə ilə əlaqədar keçirilən ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin birinci müavini Saleh Ələskərov, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, rayonun təhsil, səhiyyə, mədəniyyət, meliorasiya və Kommunal Təsərrüfat idarələrinin əməkdaşları - ümumilikdə 150 nəfər YAP fəalı iştirak etdilər.

Aksiyada 200 ədəd sərv ağacı əkildi, ərazidə təmizlik-abadlıq işləri aparıldı, yeni əkilən ağaclar suvarılaraq aqrotexniki qaydada qulluq göstərildi.

                                         

Tofiq HÜSEYN,

                                        “Respublika”.