Azərbaycan ilə Pakistan arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Elm və təhsil

Azərbaycan ilə Pakistan arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Elm və təhsil naziri Emin Əmrullayev Pakistan İslam Respublikasının xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı üzrə federal naziri Sajid Hussain Turinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bildirilib ki, görüş zamanı elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.