Azərbaycan gəncliyi “Yola Davam” edir
Sosial həyat

Azərbaycan gəncliyi “Yola Davam” edir

Azərbaycan Texniki Universitetinin (AzTU) dəstəyi və “Yola Davam: Birlik Platforması”nın təşkilatçılığı ilə “Müasir idarəetmə və yeni meyllər” mövzusunda interakiv müzakirə keçirilib.

AzTU-da keçirilən interaktiv müzakirə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, innovasiyalar üzrə mütəxəssis Şəbnəm Məmmədova və universitet tələbələrinin iştirakı ilə təşkil olunub.

Görüşdə son 20 il ərzində idarəetmə sahəsində həyata keçirilən islahatlar, gənclər siyasəti, ölkəmizin gələcək inkişaf konsepsiyası üzrə atılacaq addımlar və gənclərin bu prosesdə iştirakından söhbət açılıb. Spikerlər eyni zamanda təcrübələrinə əsaslanan müasir idarəetmə metodlarından və bu istiqamətdə yeni yanaşmalardan da danışıblar.

Məlumat üçün bildirək ki, “Yola Davam: Birlik Platforması” Azərbaycanda son 20 ili əhatə edən dövrdə həyata keçirilən islahatlar, ölkənin inkişaf transformasiyası və “Yola Davam” şüarı əsasında gələcəyə baxışı əks etdirən interaktiv müzakirələrin həyata keçiriləcəyi platformadadır.

Nəriman Cavadov,

“Respublika”.