Reklam və elanlar

"Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" PHŞ dissertanturaya təhkim olunma və doktoranturaya qəbul elan edir:

Fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya (dissertanturaya) sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir.

Doktoranturaya (dissertanturaya) sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimatlara uyğun olaraq 16 aprel 2024-cü il tarixindən 15 may 2024-cü il tarixinədək qeydiyyatdan keçməlidirlər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytında qeydiyyatdan keçən ali təhsil müəssisəsinin müvafiq şöbəsi tərəfindən sənədləri təsdiqlənmiş şəxslər "Xarici dil" imtahanına buraxılacaqlar.

"Xarici dil" imtahanı Dövlət İmtahan Mərkəzində (DİM) 09 iyun 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulmuşdur. Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş doktoranturaya qəbul olmaq istəyən şəxslər üçün "Fəlsəfə" fənni üzrə imtahan 2, 3, 4 sentyabr 2024-cü il tarixlərində, ixtisas imtahanı isə 9, 10, 11 sentyabr 2024-cü il tarixlərində, dissertanturaya təhkim olmaq istəyən şəxslər üçün isə sentyabr ayının 2-ci ongünlüyündə müsahibənin keçirilməsi planlaşdırılmışdır.

Portal.edu.az saytına daxil olmazdan əvvəl asoiu.edu.az saytında yerləşdirilən məlumatla tanış olmaq tövsiyə olunur.

Qəbul qaydaları haqqında ətraflı məlumat almaq istəyənlər ADNSU PHŞ-nın "Doktorantura" şöbəsinə (Azadlıq prospekti, 34, 2-ci mərtəbə, otaq 248, tel: (012)493-46-24) müraciət edə bilərlər.

REKTORLUQ.